Answers are grounded in this paper and cite their sources.
Bu məqalədə idman sponsorluğunun müxtəlif hədəf qruplarına göstərdiyi təsirlər kompleks şəkildə təhlil olunur. Tədqiqatın əsas məqsədi sponsorluğun istehlakçılar, azarkeşlər, idmançılar və korporativ tərəfdaşlar üzərində yaratdığı iqtisadi, sosial və psixoloji təsirləri müəyyən etməkdir. Məqalədə qeyd olunur ki, idman sponsorluğu brend tanınmasının artırılması, müsbət imicin formalaşdırılması və istehlakçı davranışına təsir baxımından mühüm marketinq aləti kimi çıxış edir. Araşdırma nəticələri göstərir ki, sponsorluq fəaliyyəti azarkeşlərin brendlərə olan etibarını gücləndirir, onların satınalma qərarlarına birbaşa və dolayı təsir göstərir. Eyni zamanda, idmançılar üçün maliyyə dəstəyi və karyera inkişafı imkanları yaradır, idman təşkilatlarının isə dayanıqlı fəaliyyətini təmin edir. Məqalədə həmçinin vurğulanır ki, düzgün seçilmiş sponsorluq strategiyası hədəf qrupların maraq və gözləntilərinə uyğunlaşdırıldıqda daha yüksək effektivlik əldə olunur. Nəticə etibarilə, idman sponsorluğu yalnız iqtisadi fayda deyil, həm də sosial əlaqələrin möhkəmləndirilməsi və brend-loyallığın artırılması baxımından strateji əhəmiyyət daşıyır. Məqalə bu sahədə gələcək tədqiqatlar üçün nəzəri və praktiki tövsiyələr təqdim edir.
No takes yet. Share an insight, caveat, or question.
Həşimova et al. (2026) studied this question.
Synapse has enriched 8 closely related papers on similar clinical questions. Consider them for comparative context: