Müxtəlif idman növlərinin fəndlərini, müdafiələrini, qaydalarını dəqiq tələffüz etmək və göstərmək üçün terminlərdən istifadə edilir. Ali tədris müəsissələrində dərs- dənkənar müxtəlif idman məşğələləri tələbələrin orqanizminin möhkəmləndirilməsi, onların düzgün fiziki inkişafına və iş qabiliyyətinin artırılmasına kömək edir. Sağlamlıq insanın əmək və ictimai fəaliyyətində fəal və məhsuldar iştirakının mühüm şərtidir. Ali tədris müəsissələrində dərsdənkənar müxtəlif idman məşğələləri inkişafda olan yeni yetmə orqanizmə hərtərəfli və məqsədyönlü təsir etmək üçün şərait yaradır. Dərsdənkənar müxtəlif idman məşğələlərinin tədrisi prosesində müxtəlif fiziki hərəkətlərdən istifadə xarici amillərə qarşı məsələn: həddən artıq istilik və yaxud soyuma, atmosfer təziqinin dəyişilməsi orqanizmin dözümlülüyünü yüksəldir və bəzi yolxucu xəstəliklərə tutulmasının qarşısını alır. Fiziki hərəkətlərin icrası zamanı yeni yetmə tələbələrdə dayaq hərəkət aparatı möhkəmlənir və düzgün qamət formalaşır.
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
E.A. Muxtarlı
Adıyaman University
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
E.A. Muxtarlı (Fri,) studied this question.
www.synapsesocial.com/papers/69e9b9a285696592c86ec3ba — DOI: https://doi.org/10.28942/snsa.v5i1y2023.169