Bu məqalə türk xalqlarının qədimdən bəri formalaşan zəngin idman ənənələrini və bu ənənələrin müasir dövrdəki inkişafını araşdırır. Türk xalqları tarix boyu fiziki gücü, döyüş bacarıqlarını və ictimai birliyi gücləndirən idman növləri ilə seçilmişlər. Məqalədə qədim türk idman növləri – güləş, oxatma, atçılıq, cirit oyunu və köçəri oyunlar – tarixi mənşə və funksional xüsusiyyətləri baxımından təhlil edilir. Həmçinin, türk dövlətlərində (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan) idmanın inkişaf mərhələləri – qədim dövrlərdən müasir dövrə qədər – sistemli şəkildə təqdim olunur. Məqalə göstərir ki, ənənəvi idman növləri yalnız fiziki fəaliyyət deyil, həm də mədəni kimliyin və milli ruhun ifadəsidir. Müasir dövrdə türk dövlətləri bu idman növlərini qorumaq və beynəlxalq səviyyədə tanıtmaq məqsədilə müxtəlif federasiyalar, turnirlər və beynəlxalq tədbirlər (Köçəri Oyunları, Kırkpınar Güləş Festivalı və s.) təşkil edirlər. Eyni zamanda, futbol, boks, cüdo və ağır atletika kimi müasir idman sahələrində də türk ölkələrinin uğurları vurğulanır. Nəticə etibarilə, türk xalqlarının idman ənənələri tarixi köklərindən qidalanaraq, müasir idman strukturları ilə birləşir və həm milli mədəniyyətin, həm də beynəlxalq idman irsinin mühüm tərkib hissəsinə çevrilir.
B-Ə.R. Səlimzadə (Thu,) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: