İngilis dili beynəlxalq dildir. Dilə olan tələbat günü-gündən artır və dil inkişaf edib yayılır. Buna görə dilin tədrisinə hələ aşağı siniflərdən başlanılır və ali təhsil səviyyəsində də tədris davam edir. Tədris zamanı ingilis dilinin lüğət, qrammatika və danışıq dili üçün lazım olan nitq etiketləri öyrədilir. Ünsiyyətin əsas meyarı olan danışıq dili demək olar ki, dil tədrisində asan bölmə deyil. Bəs danışıq qrammatikası necə? Qarşılıqlı ünsiyyət zamanı dinləyənin səni başa düşməsi sadəcə fikrini ona çatdırmaqla, qeyri-rəsmi şəkildə baza sözlərini istifadə etməklə yekunlaşmır. İngilis dilində aydın və başadüşülən, qrammatik şəkildə düzgün danışmaq əsas meyardır. Bu məqalədə qlobal xarakter daşıyan ingilis dilinin öyrənilməsi zamanı danışıq qrammatikasından istifadə və onun tədrisdə istifadə xüsusiyyətləri, ümumiyyətlə, bu sahənin mənimsənilməsində əsas mühitin yaradılması səbəbləri araşdırılmışdır. Bu məqalə danışıq qrammatika fəaliyyətlərini öz tədrislərinə daxil etmək istəyən müəllimlər üçün əsas məsələlərə və düşüncələrə toxunur və danışıq qrammatikasının altı ümumi xüsusiyyətinə diqqət yetirir, bunları dil otağında öyrətmək üçün praktik fəaliyyətlər və təkliflər verir.
G.Ə. Bağırova (Thu,) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: