Key points are not available for this paper at this time.
Arxa plan və məqsəd: Anal və perianal nahiyədə aparılan proktoloji əməliyyatlardan sonra yaranın sağalması bu bölgənin anatomik-funksional xüsusiyyətlərinə görə çətinləşə bilər; mikrobioloji kontaminasiya və defekasiya ilə bağlı mexaniki stres lokal reparativ prosesləri ləngidən əsas amillərdəndir. Bu icmalın məqsədi postoperativ anal və perianal yaralarda gec epitelizasiyaya səbəb olan sistemik, lokal və prosedura-spesifik risk faktorlarını sistemləşdirmək, patofizioloji mexanizmləri praktik baxımdan şərh etmək və sübutlara əsaslanan mərhələli idarəetmə yanaşmasını təqdim etməkdir. Metodlar: PubMed, Scopus və əsas beynəlxalq bələdçi sənədlər (ASCRS, ESCP, EWMA, WHO) üzrə son illərin ədəbiyyatı təhlil edilmiş, gec sağalan perianal yaraların patogenezi, risk faktorları, diaqnostik meyarları və müasir müalicə strategiyaları sistemləşdirilmişdir. Nəticələr: Ədəbiyyatın təhlili göstərir ki, gec epitelizasiya multifaktorial prosesdir və lokal (mikrobioloji yük, hipoksiya, mexaniki stres, rütubət), sistemik (diabet, qidalanma çatışmazlığı, anemiya, immunosupressiya, siqaret) və prosedura-spesifik amillərin sinergetik təsiri nəticəsində formalaşır. Perianal yaralar tez-tez xroniki yara fenotipinə keçir və standart lokal baxım qeyri-kafi olur. Əhəmiyyətli hissə ilkin mərhələdə patogenetik və differensial diaqnostikanın natamam aparılması, xüsusilə iltihabi bağırsaq xəstəliklərinin vaxtında istisna edilməməsi ilə əlaqəlidir. Müasir yanaşma lokal mühitin optimallaşdırılmasını, sistem faktorların korreksiyasını və seçilmiş hallarda NPWT kimi texnoloji metodların tətbiqini tövsiyə edir. Yekun: Gec epitelizasiya statik vəziyyət deyil, dəyişdirilə bilən bioloji prosesdir. Patogenetik düşüncə tərzinin tətbiqi, risk faktorlarının erkən identifikasiyası və mərhələli idarəetmə strategiyası postoperativ ağırlaşmaları azalda, sağalma müddətini qısalda və xəstələrin həyat keyfiyyətini yüksəldə bilər.
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
P.İ. Aydınova
Azerbaijan State Marine Academy
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
P.İ. Aydınova (Thu,) studied this question.
www.synapsesocial.com/papers/6a080b27a487c87a6a40d510 — DOI: https://doi.org/10.28942/atuj.v6i2y2026.144
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: