Məqalədə müxtəlif yaş qruplarından olan yeniyetmə cüdoçuların ürək-damar və tənəffüz sistemlərinin fizioloji vəziyyətinə tətbiq olunan məşq yüklərinin yaratdığı dəyişikliklər verilmişdir. Məlum olmuşdur ki, məşq prosesinin əvvəlində, ortasında və yekununda müxtəlif yaş qruplarından alınan nəticələr göstərmişdir ki, tətbiq olunan yüklər ürək-damar və tənəffüs sistemlərində özünə-məxsus dəyişikliklərlə müşaiyyət olunmuşdur. Yaşdan asılı olaraq böyüklərdə ürək vurğularını sayında azalma müşahidə olunduğu halda, onların fiziki yüklərin təsirinə qarşı adaptasiyası zəifləyir. Buna bənzər dəyişikliklər tənəffüsün tezliyində də müşahidə olunur. Yaş artdıqca xarici tənəffüsün digər göstəricilərində artma müşahidə olunur.
No takes yet. Share an insight, caveat, or question.
S.R. Alıyeva (2022) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: