Answers are grounded in this paper and cite their sources.
Reveals the effects of varying training loads on cardiovascular function in cyclists, suggesting improvements in athletic performance.
Azərbaycan Respublikasının veloidman üzrə keçirilən çempionatlarında və beynəlxalq yarışlarda iştirak etmiş 19-20 yaşlı 12 şosse velosipedçilərinin fiziki iş görmə qabiliyyətlərinin göstəricilərinin və ürək-damar sisteminin fəaliyyətinin tədqiqi aparılmışdır. ADBTİA-nın kütləvi-sağlamlıq idman növləri kafedrasının nəzdində olan veloidman şöbəsində PWC170 testindən istifadə edərək şosse velosipedçilərinin fiziki iş görmə qabiliyyətləri müəyyənləşdirilmişdir, pedallama tezliyi 15 saniyəlik veloerqometriya testi vasitəsi ilə aparılmışdır, ürək döyüntülərinin tezliyi qeyd edilmiş, spirometriya və oksimetriya keçirilmişdir. Məşq yüklərinin intensivliyi və şiddəti ürək fəaliyyətinin dəyişiklik dərəcəsi ilə müəyyən edilirdi. Təlim-məşq modulu 12 həftə davam etmişdir. Məşq yüklərinin intensivliyi və şiddəti idmançının ürək fəaliyyətinin dəyişiklik dərəcəsi ilə müəyyən olunurdu. Sürət və qüvvənin inkişafı üçün müxtəlif hərəki hərəkətlər icra edilirdi. Zədələnmələrin qarşısını almaq üçün hər məşğələnin başlanğıcında isinmə hərəkətlərindən istifadə olunurdu. Məşqin sonunda əzələlərin gərginliyini azaltmaq məqsədi ilə sərbəst hərəkətlər yerinə yetirilirdi və sonrakı mərhələdə istirahət verilirdi. Tədqiqat velosipedçilərin fiziki iş görmə qabiliyyətlərinin, ürək-damar sisteminin funksiyasının və idman-texniki nəticələrinin yaxşılaşmasını göstərmişdir.
No takes yet. Share an insight, caveat, or question.
dos. Ə.M. Xəlfəyev (2021) studied this question.
Synapse has enriched 8 closely related papers on similar clinical questions. Consider them for comparative context: