Müasir dövrdə təhsilin texniki və texnoloji modernləşdirilməsi xarici dillərin tədrisində yeni elmi-metodoloji yanaşmaların hazırlanmasını tələb edir. Pandemiya bu sahədə rəqəmsal texnologiyaların aktuallığını bir daha təsdiqlədi. Tədqiqat ali məktəblərdə multimedia texnologiyalarının tətbiqini təmin edən pedaqoji şərtlərin müəyyənləşdirilməsinə yönəlib. Elmi yenilik multimedia texnologiyalarının səmərəli istifadəsinə imkan verən pedaqoji şərtlərin – tədris mühiti, metodlar və vasitələrin sistemli şəkildə təhlil olun¬masındadır. Nəticələr göstərir ki, bu texnologiyalar tələbələrin motivasiyasını, kommunikativ bacarıq¬larını və sosial-mədəni kompetensiyasını inkişaf etdirir. Tədqiqatın nəzəri əhəmiyyəti innovativ texno¬logiyalarla bağlı yanaşmaların əsaslandırılması, praktiki əhəmiyyəti isə metodik tövsiyələrin hazırlanması ilə bağlıdır.
No takes yet. Share an insight, caveat, or question.
Vəfa Tağızadə (2025) studied this question.
Synapse has enriched 5 related papers. Consider them for comparative context: