Tədqiqatın məqsədi perinatal asfiksiya keçirmiş 1 yaşa qədər uşaqların psixomotor inkişafını qiymətləndirməkdən ibarətdir. Psixomotor inkişafın qiymətləndirilməsi üçün 180 körpə 1 yaşında Denver testi ilə qiymətləndirilmiş və klinik laborator müayinəyə cəlb edilmişdir. Test kobud və incə motor, nitq və sosial adaptasiyanı qiymətləndirmək üçün müəyyənləşdirilmişdir. MSS-nin hipoksik-işemik zədələnmələrinin ağırlıq dərəcəsindən asılı olaraq müayinə olunmuş körpələr 3 qrupa bölünmüşdür: 1-ci qrupa MSS-nin yüngül dərəcəli hipoksik-işemik zədələnməsi olan 40 uşaq, 2-ci qrupa orta ağır dərəcəli zədələnmə olan 67 uşaq, 3-cü qrupa MSS-nin ağır dərəcəli hipoksik-işemik zədələnməsi olan 73 uşaq cəlb edilmişdir. Psixomotor inkişafın Denver II şkalası ilə qiymətləndirilməsi zamanı ayrı-ayrı istiqamətlərdə ‒ istər motor funksiyada, istərsə də nitqin inkişafı və sosial adaptasiyada geriqalma müşahidə edilmişdir.
No takes yet. Share an insight, caveat, or question.
A.S. Hacıyeva (2019) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: