Qeyd olunmuş məqalədə müasir cəmiyyət üçün gərəkli olan çevik idmançının şəxsi keyfiyyətlərinin formalaşdırılmasında mühüm olan özünügerçəkləşdirmə aspekti araşdırılır. Şəxsiyyət özünügerçəkləşdirməklə mövcud olan potensial imkanlarını üzə çıxarır və praktik fəaliyyətdə ondan səmərəli istifadə edir. Deməli, təhsilin başlıca vəzifələrindən birişəxsiyyətin özünügerçəkləşdirilməsinə nail olunmasıdır. İdmançı şəxsiyyətinin formalaşmasında diaqnostik müayinə aparmaq üsulu öz vacibliyini və aktuallığını idmanın praktik sahəsində zəruriliyini göstərir. Bunun üçün istifadə olunan praktik - diaqnostik üsullar 3 hissəyə bölünür: 1) şəxsiyyətin temperamenti, 2) şəxsiyyətin fərdi xüsusiyyətləri və 3) şəxsiyyətin cəmiyyətdə ünsiyyət bacarığı. Bu psixoloji testlərin köməyi ilə şəxsiyyətə aid olan fərdi xüsiyyətlər asanlıqla yoxlanıla bilər.
No takes yet. Share an insight, caveat, or question.
N.Ə. Mamayeva (2019) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: