Məqalədə futbol oyun növündə hakimlik fəaliyyəti və gənc hakimlərin hazırlanması məsələsinin aktuallığı qeyd edilmişdir. Eyni zamanda, ölkəmizdə yaşı bir əsrdən artıq olan futbol ənənələri və müasir dövrün tələbləri əsasında hakim hazırlığının peşəkar bir sahəyə çevrilməsinin zəruriliyi vurğulanmışdır. Tədqiqatda uzunmüddətli və müntəzəm təşkil olunan oyunlar, oyunun gedişində çətin situasiyalarda düzgün qərar verməyin yüksək məsuliyyəti, izdiham və səs-küy amili, media və digər kütləvi informasiya vasitələrində verilən şərhlər və bu kimi amillər nəzərə alınaraq, hakim fəaliyyətində səmərəliliyin azalmasına təsir edən istiqamətlər araşdırılmışdır. Bununla yanaşı, hakimlik fəaliyyətinə fiziki, idraki və psixoloji baxımdan yanaşmalar təqdim edilmişdir.
Əliyar Ağayev (Fri,) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: