Məqalədə istilik stresinin idmançılarda yaratdığı patofizioloji dəyişikliklər, mərkəzi sinir sistemi və periferik orqanlara təsiri hərtərəfli şəkildə təhlil olunur. Günvurma və istilikvurmanın etiologiyası, klinik xüsusiyyətləri və profilaktik tədbirləri elmi ədəbiyyatlar əsasında araşdırılır. İdman fəaliyyəti zamanı hipertermiya, elektrolit balansının pozulması, hemokonsentrasiya, qlikogen istifadəsi və beyin perfuziyası arasındakı əlaqələr izah edilir. Mövcud elmi dəlillər göstərir ki, effektiv termorequlyasiya mexanizmləri və düzgün profilaktik yanaşma idmançıların performansının qorunmasında və istilikvurma hallarının qarşısının alınmasında mühüm rol oynayır.
No takes yet. Share an insight, caveat, or question.
N.N. Əliyeva (2025) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: